Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2021
10:11
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.

Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur.

Bu gün Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq. Milli Musiqi Günü Üzeyir Hacıbəylinin heykəlinin qarşısında onun təşəbbüsü ilə yaradılan Xalq Çalğı Alətləri Orkestrin çıxışı ilə başlayacaq.

Sentyabrın 18-24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konsertlərindən biri Şuşa şəhərində keçiriləcək.

Bu gün Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Milli Musiqi Günü ilə bağlı Bakıda da bir sıra tədbiqlər təşkil olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
711

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
853

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
869

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
864

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
870
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 04:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru