Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2021
16:31
Uşaqlara qarşı zorakılıqlara qarşı cəzaların sərtləşdirilməsi təklif olunur

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib.

Bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Komitənin sədri Hicran Hüseynova “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik layihəsi ilə bağlı məlumat verib.

“Qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirildiyi və təqaüd artırıldığına görə, həmçinin valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındığı üçün qanunlara bu dəyişikliklər təklif edilib”, - deyə o əlavə edib.

Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
726

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
873

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
884

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
879

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
895
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 05:33





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru