Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2021
15:36
İran XİN: `JCPOA ilə bağlı danışıqlar ciddi nəticələr verməlidir`

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə britaniyalı həmkarı Dominik Raab arasında telefon danışığı olub. 

Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, danışıqlar zamanı İran XİN rəhbəri nüvə anlaşması ilə bağlı Vyana danışıqlarının İran xalqı üçün ciddi nəticələr olmasının vacibliyini xüsusilə vurğulayıb.

Bundan əlavə, nazir ABŞ və bəzi Qərb ölkələrinin Əfqanıstana qarşı yanlış siyasətinin nəticələrindən təəssüflənərək, bu ölkədə təhlükəsizlik və sabitliyin həyata keçirilməsinin bütün etnik qrupların iştirakı ilə inkluziv hökumət qurulmasından asılı olduğunu qeyd edib.

Britaniyanın xarici işlər naziri öz növbəsində iki ölkə arasında qarşılıqlı əlaqələr əsasında müxtəlif sahələrdə münaisbətlərin daha da güclənəcəyinə ümid etdiyini bildirərək, həmkarını İran xarici işlər naziri vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
330

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
416
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 08:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru