Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2021
10:30
Həsən Nəsrullah `İranın Livana göndərdiyi neft tankeri bölgəyə çatdı`

Livan Hizbullahının lideri seyid Həsən Nəsrullah ötən gün çıxışı zamanı bildirib ki, İranın Livana göndərdiyi üç neft tankerindən birincisi Suriyanın Banyas limanına çatıb.

Bu barədə əl-Məyadin kanalı məlumat yayıb.

Onun sözlərinə görə sözügedən limandan neft yükü yanacaq maşınları vasitəsi ilə Livanın Bəlbəkk bölgəsinə çatdırılacaq.

Həmçinin Nəsrullah vurğulayıb ki, ilk mərhələdə sözügedən neft tankerlərinin birbaşa Livana gəlməsi məsələsi gündəmdə olsa da, ABŞ Livanın rəsmi qurumlarına sanksiya tətbiq etməsin deyə fərqli marşrut nəzərdə tutulub.

Sonda Hizbullah lideri qeyd edib ki, İsrail bu yükün qarşısını almaq istəsə də, Hizbullahın cavab verəcəyini bildiyi üçün onlar planlarını həyata keçirmək fikrindən yayınıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
330

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
416
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 08:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru