Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2021
15:31
Britaniyanın İrandakı səfiri də qalmaqallı fotoya görə XİN-ə çağırılıb

Rusiyanın İrandakı səfiri Levan Caqaryandan dərhal sonra Britaniyanın səfiri Saymon Şerkliff də paylaşdıqları qalmaqallı fotoya görə XİN-ə çağırılıb.

Bu barədə İSNA agentliyi İranın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb..

Qeyd edək ki, bundan öncə Rusiyanın İrandakı Səfirliyi qalmaqallı foto paylaşımı ilə bağlı rəsmi tvitter səhifəsi vasitəsilə açıqlama verib və İran dövlət və xalqının qururuna toxunmaq niyyətində olmadığını, fotonun yalnız faşizmə qarşı olan düşüncələri dəstəkləmək məqsədilə paylaşıldığını bəyan edib.

Xatırladaq ki, Britaniya və Rusiyanın İrandakı səfirləri 1943-cü ildə Stalinin, Çörçilin və Ruzveltin Tehrandakı məşhur görüşünü xatırladan yeni foto yayımlayıblar. İran rəsmiləri bu paylaşıma sərt reaksiya veriblər. 1943-cü ildə İranın işğalı zamanı çəkilən məşhur Ruzvelt, Stalin və Çörçil üçlüyünün görüşünü xatırladan yeni fotoda üçüncü oturacaq olsa da yalnız ABŞ səfiri orada görünməyib.

Sözügedən paylaşıma reaksiya gecikməyib. İran XİN rəhbəri Cavad Zərif paylaşım edərək, 2021-ci ilin 1943 və ya 1941 olmadığını bildirib. Paylaşımda yerləşdirilən fotonu yersiz adlandıran Cavad Zərif bildirb ki, indi heç kim İran xalqının əvəzinə qərar verə bilməz. Eyni zamanda İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf hər iki ölkənin səfirərinin XİN-ə çağırılması və onlara etirazın bildirilməsini istəyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
302

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
418

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
392

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
449

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
448
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 23:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru