Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2021
12:13
`Şuşaya II avtomobil yolunun inşası gələn il başa çatdırılacaq`

“Şuşa şəhərinə 2-ci avtomobil yolu 4-6 hərəkət zolaqlı olacaq”.

Bunu keçirdiyi mətbuat konfrasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

“Yol I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır. Uzunluğu 81,6 km olacaq yol 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20,3 km qısa olacaq. Avtomobil yolunun inşasının 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

Bundan başqa, onun sözlərinə görə, ölkə prezidentinin “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası haqqında” sərəncamına uyğun olaraq bir neçə istiqamətdə işlər davam etdirilir: “Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu işlər uğurla davam etdirilir”.

Məqalədə : Şuşa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
335

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
197

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
392

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
303

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
337

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
272
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 05:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru