Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2021
16:39
Milli Məclis: `Eldəniz Səlimova deputat maaşı veriləcək`

"Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək".

Bunu "Report"un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: "Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa, onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək".

İntizam komissiyanın katibi onu da bildirib ki, E.Səlimova deputatlıq səlahiyyətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmayıb: "Sadəcə onun toxunulmazlığı əlindən alınıb".

Qeyd edək ki, "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 2 475 manat müəyyən edilib. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib. Parlamentin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında təqdimata baxılaraq E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
295

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
388

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
362

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
398

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
393
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 21:53





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru