Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2021
16:49
Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

Bakıda narkotiklə tutulan şəxs polis şöbəsindən qaçıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 2-də narkotik vasitələrin daşınmasında şübhəli bilinərək saxlanılan şəxs Nizami Rayon Polis İdarəsinə gətirilib. Həmin şəxs İdarənin müvəqqəti saxlanılma yerinə yerləşdirilib.  

Saxlanılan şəxs həmin gün müvəqqəti saxlanılma yerinin pəncərəsini və dəmir barmaqlıqlarını yerindən çıxararaq pəncərədən çıxıb, idarənin həyətinə düşüb, daha sonra hasardan keçərək qaçıb. Hadisə ilə bağlı əməliyyat keçirilib və avqustun 3-də qaçan şəxs polis əməkdaşları tərəfindən tutub. 

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs qaçmağa cəhd edən zaman tutulub: “Onun hansı şəraitdə, necə qaçmağa cəhd göstərməsi ilə bağlı müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev iki həftə əvvəl bu vəzifəyə təyin olunub. 

Məqalədə : DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
196

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 21:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru