Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2021
12:28
Bayden Amerikanın sonunu yaxınlaşdırır - MÜNASİBƏT

Akif Heydərli: “O, qitənin köhnə siyasətindən əl çəkərək, Rusiya və Çinin zərər verə biləcəyini diqqətə almağa, təhdid yolu ilə vəziyyəti sabit saxlamağa çalışır”

Yer üzü güc ünsirlərin çeşidli maraqları səbəbindən savaş, terror və siyasi böhranlarla çalxalanır. “Terrorçulara qarşı mübarizə” və “Ərəb baharı” adlanan prosesə start verildiyi vaxtdan Yaxın və Orta Sərq çiçəklənmək əvəzinə, od içindədir, terror tüğyan edir. İraq və Liviyadan Suriyaya, Kəşmirdən Yəmənə, Tunisdən Əfqanıstana dünyanın müxtəlif coğrafiyalarında sülh perspektivi dalana dirənib. 

Dünya qarma-qarışıqkən...

2014-cü ildən Suriya xaos içindədir. ABŞ koalisiyasının hücumları və vətəndaş müharibəsinin nəticəsi olaraq, Suriya xarabazara çevrilib. Birləşmiş Ştatların qoruması altında İŞİD, PYD/YPG ölkədə və ümumiyyətlə bölgədə terror dövləti qurmağa çalışır. 

Bununla belə, PKK və təşkilatın Suriyadakı dayaqları PYD/YPG Türkiyə üçün də təhdid olmağa davam edir. PKK ölkə sərhədlərində az qala hər gün qan tökür, hərbçiləri, polisləri, mülki əhalini güllələyir.   

İraqda da sular durulmur. Amerikanın hərbi əməliyyat missiyası heç cür başa çatmayan bu ölkədə terraktlar, silahlı qarşıdurmalar səngimir.    

“Əfqanıstan bataqlığı” isə yenidən dərinləşir. Mövcud hökumət Əfqanıstanda nəzarəti itirib. Artıq ölkənin böyük hissəsini ələ keçirən “Taliban” terrorçuları dinc əhaliyə qarşı zorakılıq hallarını artırıb. 

Efiopiyanın qərbində iki etnik qrup arasında baş verən toqquşmalar da insan itkisi və əhalinin öz evlərini tərk etməsilə müşahidə olunur. Ümumiyyətlə son illər insanların öz ölkələrindəki müharibələrdən, aclıqdan, səfalətdən yaxa qurtarmaq üçün Qərb ölkələrinə sığınması, minlərlə miqrantın dənizləri, keçilməz yolları qət etməyə çalışarkən faciəli şəkildə ölməsi insanlıq tarixinin ən dəhşətli səhifələrindəndir.   

Beynəlxalq münaqişələrdən daha biri Fələstin-İsrail problemidir. 20-ci əsrdən bəri tərəflər arasındakı münaqişə - fələstinlilərin azadlıq mübarizəsi, İsrail rejiminin işğalçılıq siyasəti zaman-zaman müharibəyə dönməkdədir. Bir müddət əvvəl “İnsan Haqları İzləmə Təşkilatı” İsrail rejiminin sonuncu 11 günlük müharibə zamanı hərbi cinayət törətdiyini bəyan etmişdi. Təşkilatın hesabatında bildirilirdi ki, 11 gün ərzində Qəzza zolağına reallaşdırılan 3 irimiqyaslı hücumda 62 fələstinli mülki şəxs həlak olub.

Və ən əsası, Azərbaycan üçün ağır və taleyüklü məsələ olan torpaqlarımızı şanlı ordumuz azad edəndən 9 ay sonra ermənilər köhnə avantürist kursunu davam etməyə başlayıblar. 

Fransa, ABŞ və Qərbin dəstəyinə arxalanan Ermənistan mövqelərimizi intensiv atəşə tutur, sərhədlərdə təxribatlar törədir və beləliklə, prosesi uzatmağa çalışır.

Həqiqi müharibə təhdidi

Hələ bu və digər hərbi münaqişələr, dini, irqi zəmində baş verən hadisələr, qanunsuz silahlı toqquşmalar davam edərkən, ABŞ prezidenti Cozef Bayden böyük müharibədən danışıb. “Düşünürəm ki, bir gün müharibəyə girsək - böyük bir güclə, həqiqətən də silahların atəş açdığı müharibəyə girsək, bunun səbəbi çox böyük nəticələri olan bir kiber pozuntu halı olacaq”, - Bayden bildirib. Onun yeni müharibə elanı Vaşinqtonun Çin və Rusiyanın təhdidini ciddiyə alması kimi də şərh edilir.

Mövzu ilə bağlı Faktxəbər-də fikirlərini bölüşən politoloq Akif Heydərli dünyanın güc mərkəzlərinin öz aralarında dövlətlərarası siyasətə təsir vasitələri ilə çox fərqləndiyini dedi: “Bu həmin ölkələrin elmi-texniki potensialından, bəşəri dəyərlərə münasibətindən, hegemon gücə malik iddiasının dərəcəsindən daha çox asılı olur. O baxımdan ABŞ bütün digər supergüclərdən fərqlənir. Bu ölkə öz inkişafının pik nöqtəsinə çoxdan yetişmişdir. İki mininci ildən başlayaraq Amerikanın iqtisadi inkişafı ətalət içərisindədir desək, yanılmarıq. Statistik göstəricilər sübut edir ki, artıq bu qitə 10 ilə yaxındır ki, tənəzzül edir. Buna baxmayaraq Birləşmiş Ştatlar öz həmişəki amplitudundan da yan keçmir.

ABŞ müharibə ixrac edən ölkə imicini daha da gücləndirməklə bir neçə regionda müharibə ocağı qalamaqla xüsusən təbii sərvətlərlə zəngin müsəlman ölkələrini viranəyə çevirmək, xalqlarını əzib talamaq və qətliam etməklə öz varlığını qorumaq niyyətindədir. Həm də Çin və Rusiya kimi güc mərkəzlərini müharibə, yaxud  müharibə qanunlarına aid hələ ötən əsrin əvvəllərində qəbul olunmuş konvensiyaları kobudcasına pozan və heç bir beynəlxalq dəyərlərə sığmayan kiber hücumları ilə təhdid etməkdən çəkinmir. ABŞ-ın məncə, imperiya ömrünü və taleyini yaşatmaq üçün başqa əlacı qalmayıb”. 

İmperiya ömrünü uzatmaq üçün son əlac

Həmsöhbətimiz xüsusi olaraq qeyd etdi ki, dünyaya işğalçılıq və qəsbkarlıq, həmçinin qırğınlar bəxş edən bu şər qitəsinin məqsəd-məramını, planını başa düşən xalqlar regionlara səpələnmiş Amerikan əsgərlərini geri çəkilməyə məcbur edirlər: “İraq, Suriya, Liviya, Yəmən, Əfqanıstan xalqları zaman-zaman toxunulmaz olan bu vəhşiləri məhv etməkdən çəkinmirlər. O ki qaldı ABŞ-ın yeni prezidenti Baydenin ölkəsinin Milli Kəşfiyyat rəhbərliyinin ofisində etdiyi çıxış və səsləndirdiyi müharibə anonsu eynilə quyruqlu o ev heyvanının adəti və quyruq bulaması mənası və məzmununu verir. Sözsüz ki, 50 il İran İslam Respublikası ilə apardığı düşmənçilik siyasəti Amerikaya heç bir uğur və ya başucalığı gətirmədiyini, xarici siyasətində rüsvayçılıq gətirən əlamətlərin aşkar olunduğunu görən Bayden qitənin köhnə sevdasından-İranı onunla mübarizədən çəkindirməkdən əl çəkərək, Rusiya və Çinin ona zərər verə biləcəyini diqqətə almağa, təhdid yolu ilə vəziyyəti sabit saxlamağa çalışır. Çünki hər hansı bir müharibə təhlükəsi Cozef Baydenə də, onunla strateji əməkdaşlıq edənlərə də Amerikanın sonu olacağını vəd edir”.

Məqalədə : Akif Heydərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
110

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
141

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
250

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
311

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
250

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
315

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
412

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
351
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 15:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru