Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2021
11:45
Ekvador Assanjı vətəndaşlıqdan məhrum edib

"WikiLeaks"in banisi Julian Assanj Ekvador Respublikasının vətəndaşlığından məhrum eidlib.

Bu barədə TASS Avstraliyanın "ABC" yayım şirkəti Ekvador Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Assanj iyulun 26-da məhkəmə qərarı ilə  2018-ci ildə aldığı vətəndaşlığından məhrum edilib. 

Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və 7 ilə yaxın orada gizlənib. 11 aprel 2019-cu il səhəri ABŞ-ın istəyi ilə London polisi tərəfindən saxlanılıb. Ekstradisiya məhkəməsi 2 may 2019-cu ildə başlayan Assanja qarşı daha sonra ABŞ tərəfindən casusluq və gizli məlumatların açıqlanması qanunlarının 17 maddəsi ilə əlaqədar yeni ittihamlar irəli sürülüb. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanjı 175 ilə qədər həbs cəzası gözləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
330

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
416
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 07:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru