Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2021
11:56
Şahzadə Harri anasının ölümünün sirrini açacaq

Şahzadə Harri öz memuarlarında anası şahzadə Diananın ölümünün sirrini açmağa çalışacaq.

“Metro”nun məlumatına görə, bu barədə kraliyyət bioqrafı, “Harri: Şahzadənin Bioqrafiyası” kitabının müəllifi Angela Levin iddia irəli sürüb.

“Yaxşı məlumatlı bir mənbə mənə dedi ki, Harrinin memuarları böyük ölçüdə anası şahzadə Diananın həlak olması və bu ölümdə kimi ittiham etdiyi barədədir. Bu, dəhşətli bir faciə idi, ancaq onu keçmişdə qoya bilməməsi kədərlidir”, - deyə Levin bildirib.

Qeyd edək ki, mediada Harrinin kitabı üçün azı 20 milyon dollar (34 milyon manat) avans aldığı bildirilib. Bəzi məlumatlara görə o, memuarlarını “Pulitser” mükafatı laureatı, “Nike”in qurucularından birinin xatirələrinin həmmüəllifi, jurnalist və yazıçı Con Cozef Merinerlə hazırlayır.

Xatırladaq ki, şahzadələr Harri və Uilyamın anası olan şahzadə Diana 1997-ci ilin 31 avqustunda Parisdə milyarder Dodi Al-Fayed ilə birlikdə tüneldə avtomobil qəzasında ölüb. Qəzadan əvvəl onların  avtomobillərini paparassilər təqib edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
924
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 11:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru