Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2021
15:32
`Azərmarka` `Azərpoçt`a birləşdirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir.

Nazirlikdən verilən məlumata görə, buna əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq “Azərpoçt” MMC yenidən təşkil ediləcək.

Rusiyanın iki şirkətinə Permdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib

Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artıb

Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postu yaxın vaxtlarda istifadəyə veriləcək

Bundan sonra “Azərmarka” “Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan “Azərpoçt” MMC yerinə yetirəcək.

Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.

Qeyd edək ki, “Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.

Yuxarıda qeyd edilən işlər bundan sonra “Azərpoçt” MMC-nin tərkibində yaradılacaq müvafiq struktur bölmə tərəfindən həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
50

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
131

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
240

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
301

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
245

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
300

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
407

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
341

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
407
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 15:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru