Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2021
14:20
Magistraturaya qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb.

Bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83 %) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 %) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
281

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
320

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
337

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
268
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 06:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru