Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2021
10:36
İran ABŞ-ın mindən çox sanksiyanı ləğv edəcəyini elan etdi

İran prezidenti Həsən Ruhani Administrasiyasının rəhbəri Mahmud Vaezi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi 1000-dən çox iqtisadi sanksiyanın yaxın vaxtlarda İrandan götürüləcəyini bildirib.

Mehr agentliyi xəbər verir ki, İranın nüvə proqramına dair  Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ sanksiyalarının ləğvi ilə bağlı danışıqlarda xeyli irəliləyiş var.

“Bütün iqtisadi məsələlərə dair sanksiyaların ləğvi barədə razılığa gəlindi. Bu anda bank, sığorta, neft və gəmiçilik mövzusunda da razılıq əldə edildi. Bütün bunlar artıq razılaşdırılıb. Razılaşma əsasında Tramp dövrünün təxminən 1040 sanksiyası ləğv ediləcək ... Ölkənin Ali Liderinin administrasiyasına aid olan şəxslərə və aparatlara qarşı tətbiq olunan embarqonun ləğvi üçün də razılaşma əldə edildi " , - Vaezi əlavə edib.

Həmçinin o qeyd eidb ki, müzakirələr, Trampın 2015-ci ildə prezident olmasından əvvəl tətbiq olunan sanksiyalara söykənir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
866
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 18:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru