Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2021
12:33
Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da hərbi təlim keçiblər

Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində müəmmalı şəkildə öldürülən jurnalist Camal Qaşıqçı qətlində iştirak edən dörd Səudiyyə Ərəbistanı vətəndaşı əvvəllər ABŞ-da xüsusi hərbi təlim keçib.

Bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşrin mənbələrinə görə və jurnalistlərin əldə etdiyi sənədlərə əsasən, “The Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçının 2018-ci ildəki qətlində iştirak edən dörd səudiyyəli Dövlət Departamenti tərəfindən təsdiqlənmiş müqavilə əsasında bir il əvvəl ABŞ-da döyüş təlimləri keçib”.

Nəşr yazır ki, təlim “Qaşıqçının qətlində məsuliyyət daşıyan gizli bölmənin vəliəhd Məhəmməd ibn Salman Əl-Səudun əmri ilə müxalifəti susdurmaq üçün səudiyyəlilərin qaçırılması, saxlanılması və işgəncə verilməsi kimi geniş bir kampaniyaya başladığı” bir vaxtda baş verib.

Təlim “müdafiə xarakterli” olub, o, “təhlükəsiz atış” və “hücum reaksiyası” kimi tapşırıqları əhatə edirdi.

Nəşrin məlumatına görə, təlimlərə Arkanzasda yerləşən “Tier 1 Group” şirkəti cavabdehlik daşıyıb.

Qəzetin bildirdiyinə görə, “təlimlərə icazəni təsdiqləyən ABŞ rəsmilərinin və ya “Tier 1 Group” şirkətinin rəhbərlərinin həmin səudiyyəlilərin repressiya əməllərində iştirak etmələrindən xəbərdar olub-olmamalarına dair krallıqda heç bir sübut yoxdur”. Bu təlimə başlamaq üçün lisenziya ABŞ-ın 44-cü prezidenti Barak Obamanın rəhbərliyi dövründə verilib. Hazırlıqlar azı 45-ci ABŞ prezidenti Donald Trampın rəhbərliyinin ilk ilində də davam etdirilib.

“Tier 1 Group”un nümayəndəsi açıqlayıb ki, Səudiyyə Ərəbistanı vətəndaşlarına keçirilən təlimin “onların sonrakı əməllərinə aidiyyəti yoxdur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
505
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-07-2021 22:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru