Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2021
12:53
Ruhaninin İran xalqına müjdəsi: `Tezliklə sanksiyalar ləğv ediləcək`

İranın prezidenti Həsən Ruhani bugünki çıxışında İrana qarşı tətbiq edilən sanksiyalar, onların ölkəyə vurduğu iqtisadi ziyanından və Avstriya paytaxtı Vyanada nüvə sazişi ilə bağlı gedən danışıqlardan söz açıb.

Bu barədə İSNA agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, sanksiyalar ləğv ediləcək:

"İnşallah, tezliklə sanksiyalar aradan qaldırılacaq və kapitalların İrana axını başlayacaq. Ümidvaram ki, bu hökumətin dövründə sərmayələrin artmasının və camaatın ondan bəhrələnməsinin şahidi olarıq”.

Həmçinin Ruhani sözügedən proseslərin elə mövcud hakimiyyətin vaxtında baş verəcəyinə ümidvardır. 

Qeyd edək ki, iyunun 18 İranda keçirilən prezident seçkilərinin qalibi Seyyd İbrahim Rəisinin andiçmə mərasimi 43 gündən sonra keçiriləcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
866
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 18:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru