Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2021
10:59
ABŞ qüvvələrini və silahlarının çoxunu Səudiyyə Ərəbistanından çıxarır

ABŞ Səudiyyə Ərəbistanındakı hərbi qüvvələri və silah-sursatlarının çoxunu bu ölkədən çıxaracağını bildirib.

SalamNews “The Wall Street Journal”-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Austin Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla telefonla danışarkən deyib.

Məlumata görə Pentaqon rəhbəri bu danışıqlar zamanı Səudiyyə Ərəbistanı vəliəhdi və müdafiə nazirinə çatdırıb ki, ABŞ bu ölkədəki hərbi qüvvələri və silah-sursatlarının çoxunu çıxaracaq.

Əlavə edilib ki, Səudiyyədən və digər qonşu ərəb dövlətlərindən çıxarılan silahlar arasında səkkiz ədəd Patriot sistemi və THAAD havadan müdafiə sistemləri var.

“The Wall Street Journal” daha sonra əlavə edib ki, Co Bayden Administrasiyası hazırda Rusiya və Çin-in fəaliyyətləri üzərində köklənib.

Qeyd edək ki, ABŞ eyni addımı Əfqanıstanda da atır. Həmçinin rəsmi Vaşinqton İraqdakı qüvvələrinin sayını da 2.500-ə endiricəyini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
291

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
330

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
337

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
268
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 07:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru