Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2021
10:18
Ayətullah Xamenei: `Seçki günü İran xalqının günüdür`

Bu gün İranda səhər saat 7-dən başlayaraq prezident seçkiləri keçirilir.

Mehr agentliyi xəbər verir ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İran prezident seçkilərində səsvermədə iştirak edəndən sonra seçkilərin əhəmiyyətindən danışıb. .

Ayətullah Xamenei vurğulayıb:

"Seçki günü İran xalqının günüdür. Bu gün meydanı və səhnəni idarə edən xalqın özüdür.  Seçki məntəqələrinə axışan vətəndaşlar İranın gələcək illər üçün vəziyyətini və siyasətini təyin edir. Xalqın seçkilərdə iştirak etməsi vətəndaşların gələcəyi üçün vacibdir. Hamı bu böyük milli sınaqdan keçməli və seçkilərdə fəal iştirak etməlidir. Mənim zaman-zaman vətəndaşları seçkilərdə iştirak etməyə çağırışım, nəticəsi xalqın özünə qayıtdığlna görədir. Eyni zamanda, bu fəallıq ölkəmizə beynəlxalq arenada böyük imtiyazlar qazandırır. Xalqın səsvermədə öz seçimini etməsi İranın gələcəyi və bütün vətəndaşların həyatı üçün olduqca əhəmiyyətlidir. Hər bir səs mühümdür və bunlar yığılıb milyonluq səsi təşkil edir. Səs verməyə tələsməyinizi tövsiyə edirəm. Bu gün İran xalqının şənlik günüdür və seçkilər xalqımızın xeyrinə olacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
871
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 18:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru