Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2021
09:56
Ayətullah Xamenei prezident seçkilərində səs verib - VİDEO

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İran prezident seçkilərində səsvermədə iştirak edib.

İranın Ali Lideri həmçinin 6-cı çağırış şəhər və kənd bələdiyyələri seçkiləri, 5-ci çağırış Rəhbərlik Ekspertlər Məclisinin dövrlərarası seçkiləri və 11-ci çağırış İran parlamentinin dövrlərarası seçkiləri ilə əlaqədar səs verib.

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
866
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 18:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru