Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2021
16:30
Ərdoğan: `Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin`

“Bütün baş verənlər Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib: “Misal olaraq, Zəngəzur dəhlizində işləməyə başlayacaq dəmiryolu ilə ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya gedə biləcəklər. Bununla da öz-özlərinə tətbiq etdikləri blokadadan azad ola biləcəklər. Qardaşımla birlikdə təklifimizi etdik. Təklif etdik ki, altı ölkə birgə platforma quraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”.

"Bu məsələdə Gürcüstanın bəzi özünəməxsus sualları vardı. Gürcüstanın baş naziri ilə son Türkiyə səfərində bunu danışdıq və dedim ki, bu, Gürcüstanın lehinə olacaq. Bu addımı ataq. Biz Ermənistanla aramızda olan problemi bilirik. Lakin bütün bunlara rəğmən azərbaycanlı qardaşlarımızın da problemlərinin həll olunmasını istəyirik, eynilə sizin də Rusiya ilə problemləri həll etməyinizdə platforma vəsilə olacaq. Dedi çalışarıq. Yaxşı olar, dedik. Çünki bu bölgənin sülhə ehtiyacı var", - Ərdoğan əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
281

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
320

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
337

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
268
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 06:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru