Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2021
14:10
Çempionlar Liqası: `Neftçi`nin növbəti raunddakı potensial rəqibi bilindi

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

 İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə, növbəti raundda Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək. Flaqman ilk qarşılaşmasını səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
545
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-07-2021 23:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru