Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2021
10:32
Netanyahunun 13 illik hakimiyyətinə son qoyuldu: Yeni hökümət rəsmən təsdiqləndi

İsrail Knesseti ölkədə formalaşmış yeni höküməti rəsmən təsdiqləyib.

Bu barədə Haaretz məlumat yayıb.

Məlumatda bildirilir ki, Knesset depuatatlarının 60-ı "Yamin" partiyasının sədri Naftali Bennett və “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid tərəfindən formalaşdırılan 36-ci koalisiya hökumətinə səs veriblər. Beləliklə yeni hökümətin təsdiqi ilə İsrailin baş naziri Benyamin Netanyahu və onun rəhbərlik etdiyi "Likud" partiyasının 13 illik hakimiyyətinə son qoyulub.

Həmçinin məlumatda qeyd edilir ki, razılaşmaya görə, Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Tərəflər iki ildən sonra kürsüləri bir-birinə dövr edəcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
866
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru