Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2021
10:09
Ərdoğanla Bayden NATO zirvəsində nələri müzakirə edəcəklər?

“ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Türkiyədə yerləşdirilən Rusiyanın S-400 zenit-raket kompleksləri mövzusunu müzakirə etmək niyyətindədir”.

TASS xəbər verir ki, bunu ABŞ liderinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqində bildirib.

O, Baydenin mövzu ilə bağlı Ərdoğana tam olaraq nə deyəcəyini açıqlamayıb.

Eyni zamanda, Sallivan əlavə edib ki, Bayden Ərdoğanla söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna da toxunmaq niyyətindədir.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 komplekslərinin Ankaraya tədarükü ilə bağlı müqavilə imzalanıb. Türkiyə Rusiyadan sözügedən sistemləri alan ilk NATO ölkəsidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
861
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 16:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru