Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2021
15:21
“Sinovac” peyvəndi vurduranlar Avropaya necə gedəcək?

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası martın 17-də Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair qanun layihəsini təqdim edib. Sənəddə üç məlumat öz əksini tapacaq: COVID-19 infeksiyasına qarşı peyvəndin vurulması, koronavirus testinin mənfi nəticələri, həmçinin xəstəlikdən sağalma və immunitetin mövcudluğu. Ötən gün isə Avropa Parlamenti Avropa İttifaqı və Şengen ölkələri arasında səyahət etməyi asanlaşdırmaq üçün hazırlanmış COVID sertifikatlarının tətbiq edilməsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, burada Avropa İttifaqında təsdiqlənmiş vaksinlərdən - “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”dan söhbət gedir.

Rusiyanın “Sputnik V” və Çin istehsalı olan “CoronaVac” peyvəndləri isə hələ ki, həmin siyahıda yoxdur. Bildirilir ki, üçüncü ölkələr tərəfindən verilmiş sertifikatların Avropa sertifikatları meyarlarına cavab verdikləri təqdirdə tanınması da təmin ediləcək.

Azərbaycanda da əhaliyə əsasən sonuncu vaksinlərin tətbiq edildiyini nəzərə alsaq, bu məsələ bir qədər narahatlıq yaradıb. Artıq bununla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr gedir. Feysbukda tanınmış səyahət qruplarında “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi tətbiq olunanların Avropaya buraxılmayacağı ilə bağlı fikirlər yer alır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən iki vaksini vurduran şəxslər Avropaya COVID-19 testinin arayışı ilə gedə biləcəklər:

“Hazırda bu 4 vaksin – “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson” həm Avropa Dərman Agentliyi, həm də Ümumdünya Səhiyyə Təşkilatı reyestrinə daxil edilib. Digər vaksinlərlə bağlı isə araşdırmalar davam edir. Söhbət ondan gedir ki, kimə “CoronaVac” və ya “Sputnik V” vurulubsa, onların Avropaya gedişi sadəcə COVID-19 testi verməklə həyata keçiriləcək. Başqa bir dikriminasiyadan söhbət gedə bilməz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
35

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
460

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru