Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2021
12:47
Ruhani Putinə təşəkkür etdi

İranın prezidenti Həsən Ruhani Tehranla Moskvanın sürətlə inkişaf edən əlaqələrindən danışıb. 

İran mətbuatı xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxışı zamanı İran-Rusiya əlaqələrinə toxunan dövlət başçısı Tehran ilə Moskva arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb:

"İran ilə Rusiya arasında çox yaxın əlaqələr var. İslam İnqilabının qələbəsindən sonra Moskva ilə daim yaxşı münasibətlərimiz olub. Son səkkiz ildə isə ikitərəfli əlaqələr müxtəlif sahələrrdə inkişaf etdi".

Həmçinin Ruhani ikitərəfli əməkdaşlıqda müşahidə olunan tendensiyaya görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib:

"Moskvanın Tehranla etdiyi əməkdaşlığa görə Rusiya hökuməti və prezident Vladimir Putinə təşəkkür edirəm. Rusiya ilə Suriya mövzusunda çox əhəmiyyətli iş birliyimiz, Azərbaycan Respublikası və Qafqaz məsələlərində üçtərəfli əməkdaşlıq və Avrasiya İttifaqı çərçivəsində Rusiya və digər üzv dövlətlərlə yaxşı qarşılıqlı fəaliyyətimiz mövcuddur".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
435

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru