Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2021
11:31
Bakıda yol bir həftə ərzində ikinci dəfə çökdü - FOTO

Bakıda Nəsimi rayonunda kişi yolun deformasiyaya uğrayan hissəsində ayağını zədələyib.

Oxu.az xəbər verir ki, daha əvvəl Nəsimi rayonu ərazisində keçmiş “Təzə bazar”ın arxasındakı Mərdanov qardaşları küçəsi 59 ünvanında asfalt örtüyünün dağılıb.

İyun ayının 7-də “Azərsu” ASC tərəfindən kommunikasiya xəttinin baxış qapağının ətrafında yaranan kiçik həcmli çuxur təmir edilmişdi.

Lakin, dörd gün sonra həmin hissə yenidən çöküb. Sakinlər küçədən azyaşlı uşaqların keçdiyini bildiriblər və ehtiyatsızlıqdan xəsarət ala biləcəklərindən narahatdırlar.

Eyni zamanda ərazidən keçən nəqliyyat vasitələrinə də ziyan dəyir. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən daha lazımi tədbir görüləcəyinə ümid edirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
420

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru