Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2021
12:36
Baş nazir bu qaydanı ləğv etsə də, hələ də tələb edilir

Qanunla ləğv edilsə də, hələ də Azərbaycana uçan bütün təyyarələrdə sərnişinlərə “Özünütəcrid barədə bəyannamə” forması paylanır. 

Bu barədə aparıcı-bloqer Azər Qərib feysbuk hesabında yazıb. O qeyd edib ki, bu sənədə imza atıb ölkəyə gələn hər bir kəs öhdəlik götürür ki, 14 gün özünü təcrid edəcək:

“Mən TƏBİB-ə sual vermək istərdim ki, bu sənəd kimə lazımdır? Kim qayıdandan sonra 14 gün evdə oturur? TƏBİB rəhbərləri və onların yaxınları maaşlarına müvafiq olmayan qlamur kurortlardan qayıdanda bu sənədə imza atırlarmı? Atırlarsa, 14 gün evdə otururlarmı? Otururlarsa, mən də oturum, oturmurlarsa, digərləri niyə oturmalıdırlar? Aydın məsələdir ki, nə onlar, nə mən 14 gün evdə oturası deyilik, çünki məntiq yoxdur. Vaksin edən də imza atır, immuniteti olan da, test verən də, hamısı da anlayır ki, bu, formal bir sənəddir. Axı bu formal sənədə tonlarla kağız gedir! Həmin sənədi çap edib dövlətə od qiymətinə satan və bundan varlananlardan başqa kimə lazımdır bu mənasız sənəd? Məni heç məsuliyyətə cəlb etmək də mümkün deyil, çünki gələndə üzünə baxan da olmur sənədin, tələb edən də, bəs onda kimin marağlarına xidmət edir bu açıq-aşkar pul silmə mexanizmi?”

Lakin bloqer sonradan sözügedən statusunu silib. Onun sözlərinə görə, ölkədə olmadığından bəzi məhdudiyyətlərin götürülməsindən xəbərsiz olub.  Amma A.Qəribin statusuna əlavə etdiyi sənəddə bəyannamənin ötən gün, yəni 9 iyunda təqdim olunduğu görünür. 

Qeyd edək ki, hələ iyunun 2-dən etibarən Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib. Belə ki, həmin tarixdən etibarən artıq Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılara “Özünütəcrid barədə bəyannamə” ilə bağlı qoyulan tələb ləğv olunub və həmçinin COVID-19-a dair PCR test arayışı tələb olunmur. 

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə sorğu göndərdik. Bildirildi ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah səlahiyyətlidir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
295

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
302

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
394
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 09:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru