Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
12:03
Lavrov: “Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin Qarabağa aidiyyəti yoxdur”

Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Müharibəni kim aparıb, kim döyüşüb məsələsi bizim üçün və bütün sağlam düşüncəli insanlar üçün bağlıdır. Qan tökülməsi dayandırılıb. Müharibə tez bitə, sülhə tez nail oluna bilərdi. Biz vasitəçi olmuşuq. Biz tərəfləri məcbur edə bilməzdik. Biz əmin edirdik ki, bundan sonra qan tökülməsi mənasızdır və olduqca təhlükəlidir. İndi bizim sülhməramlılar öz mandatını icra edirlər. Hansısa böyük insidentlər ümumiyyətlə yoxdur. Bunu Bakıda və İrəvanda da etiraf edirlər. Baş verən kiçik maneələr olduqca tez aradan qaldırılır. Bəli, Azərbaycan-Ermənistan sərhədinin ayrı məntəqələrində gərginlik var. Bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur”, - deyə S. Lavrov qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
525
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-07-2021 23:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru