Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2021
11:40
1 143 nəfər işə qəbul üzrə qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb.

İdarədən Faktxəbər-ə verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1 143 nəfər http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər edilə bilər.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
510
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-07-2021 22:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru