Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2021
13:10
Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: “Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədqiqatların standartlarını müəyyən edib. Hər bir sahədə olduğu kimi elm də ölçülə biləndir. Bu gün zəif və ya güclü alimi görə bilirik. Get-gedə yaxşı, pis və güclü yox, ölçülə bilən indekatorla təmsil olunan elm adamlarını görməliyik və görəcəyik, çünki başqa yolu yoxdur”.

E.Əmrullayev bildirib ki, son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqaələrin sayında dəyişiklik nəzərə çarpır: “Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”.

Məqalədə : Təhsil naziri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
510
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-07-2021 22:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru