Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2021
12:09
DİM Sənəd Qəbulu Komissiyalarının ünvanlarını açıqladı

Dövlət İmtahan Mərkəzi Sənəd Qəbulu Komissiyaları və “Abituriyent məsləhət Mərkəzləri”nin ünvanlarını açıqlayıb.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 26-dan başlayıb və iyunun 8-dək internet vasitəsilə aparılır.

Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini aşağıdakı SQK-ların birində təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:

- Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28;

- Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A;

- Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M.

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində yerləşən SQK-ların ünvanları ilə isə burada tanış ola bilərsiniz.

Elektron ərizəsini özü təsdiq edə bilən, lakin qaydalarla bağlı məsləhətləşmək, həmçinin texniki dəstək almaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən aşağıdakı ali təhsil müəssisələrində yaradılan “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

“Abituriyent Məsləhət Mərkəzləri” aşağıdakı ünvanlarda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər.

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71.

Telefon: +994 12 431 41 17;

Whatsapp nömrə: +994 55 220 40 58.

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a.

Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226)

Whatsapp nömrə: +994 51 502 00 05

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27.

Telefon:+994 12 492 61 63;

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13.

Telefon: +994 12 465 85 27;

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
866
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 17:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru