Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2021
11:49
Dünya Bankı Azərbaycandakı yeni layihəsinin planını açıqlayıb

Dünya Bankı Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihəsi üzrə geniş planını açıqlayıb. Plan Dünya Bankının regional direktoru Sebastian Molineus tərəfindən təsdiqlənib, layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-da gözlənilir.

Dünya Bankından verilən məlumata görə, layihənin investisiya məqsədli olmayacağı və analitik kömək məqsədini daşıyacağı gözlənilir. Sözügedən layihənin dəyəri 95 mln. ABŞ dolları təşkil edəcəyi göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir. Layihənin icraçıları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Borc götürən qismində Azərbaycan Maliyyə Nazirliyi çıxış edir.

Layihə üç komponentdən ibarət olacaq. Birinci – "COVID-19-a təcili cavab" adlı komponent yoluxma hallarının idarə edilməsinə və səhiyyə sisteminin güclənməsinə yönələcək. Bu komponent çərçivəsində bank COVID-19-un yayılmasının qarşısını almaq və idarə olunmasını asanlaşdırmaq üçün Azərbaycan dövlətinə səhiyyə işçilərinin məvaciblərinin artırılması, tibbi ləvazimatların, cihazların və avadanlıqların təmin edilməsi, səhiyyə işçiləri üçün infeksiyanın qarşısının alınması və nəzarət protokollarının hazırlanması və pandemiyanı məhdudlaşdırmaq üçün davamlı sosial məsafəni və ictimai səhiyyə tədbirlərini dəstəkləmək üçün maliyyə ayıracaq.

İkinci komponent həssas ailələrə və ya fərdlərə müvəqqəti gəlir dəstəyindən ibarət olacaq. Sözügedən komponent 47 min ailəyə ödənilən aylıq 225 manatlıq ünvanlı sosial yardımın 3 ayını və pandemiya şəraitində 2020-ci ilin aprel-iyun aylarında 600 min işsiz qalanların 170 min nəfərinin 190 manatlıq üçaylıq müavinətini maliyyələşdirəcək.

Üçüncü komponent layihənin idarə edilməsi və monitorinqinə cavabdeh olacaq. Bu komponent xarici auditor tərəfindən həyata keçiriləcək əsas layihə fəaliyyətlərinə aid göstəricilərin yoxlamalarını maliyyələşdirəcək.

Qeyd edilir ki, layihənin əsas hissəsi 6-9 aya tamamlanacaq. Bəzi sağlamlıq tədbirləri, xüsusən də gələcək pandemiyalara cavab vermək üçün sağlamlıq sisteminin gücləndirilməsinə aid olan tədbirlərin həyata keçirilməsi daha uzun çəkə bilər. Ayrıca, COVID-19-un gələcək dalğaları, yeni variantlar ortaya çıxdıqca meydana gələ bilər. Nəticədə, layihə üçün ikiillik bir zaman qrafiki tərtib olunub.

Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 mln. dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

Məqalədə : Dünya Bankı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
872
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 19:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru