Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2021
12:34
Baş Prokurorluq məlumat yaydı

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

20.05.2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.

Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilmişdir.

İclasda cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən tarcüməçilərin iştirakı təmin edilmişdir.

Eyni zamanda hazırlıq iclasında 45 nəfərdən çox yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak etmişlər.

Həmçinin, təcili tibbi yardım heyətinin iştirakı da təmin edilmişdir.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
126

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
201

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
510

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
196

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
227

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
227

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
210

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2021 23:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru