Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2021
12:13
Nazirlik nəticəsi pozitiv çıxan, amma qeydiyyata düşə bilməyənlərlə bağlı məsələyə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy COVID-19 virusunun müayinəsi ilə bağlı müsahibə verib.

Müsahibəni təqdim edir:

- COVID-19 virusunun müayinəsində hansı üsullardan istifadə olunur?

- COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi eyni üsullardan istifadə edilir. Virusalogiya daha çox mikrobioloji müayinə metodu olduğu üçün əkilmə üsülü qızıl standart sayılır. Virusların müayinəsində PZR (Polimeraza Zəncirvari Reaksiya) dediyimiz molekulyar genetik üsul, seraloji üsul və antigen testlərindən istifadə edilir. Seraloji müayinə zamanı orqanizmə düşmüş yad maddələri onlara qarşı yaranan anticisimləri qanda yoxlamaqla orqanizmə düşmüş yad maddəni aşkar edirik. COVID-19 virusuna qarşı qanda həm igG (immunoglobulin G) və igM (immunoglobulin M) formaları əmələ gəlir. İlkin olaraq qanda igM yaranır bunlarda xəstəliyin kəskin dövründə əmələ gələn anticismlərdir. Daha sonra isə igG əmələ gəlməyə başlayır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM – İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır- yəni immun cavab yaranır.

- Bildiyiniz kimi, COVID-19 virusunun təyinatı ölkədə PZR yaxma üsulu ilə qəbul edilir. Bəzən vətəndaşlar müxtəlif klinikalarda yaxma verirlər və nəticələri pozitiv olduğu halda sistemə xəstə olaraq daxil edilə bilmirlər. Bununla bağlı bir sıra müraciətlər də almışıq. Nədir bu yaxma analizlərinin fərqi?

- COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlər xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 10 dəqiqəyə cavab əldə edilir. Hər bir üsulun həssaslıq, spesiflik göstəriciləri vardır. Koronavirusunun aşkar edilməsi üçün ən dəqiq dəstək müayinəsi, 90-92% dəqiqlik dərəcəsi ilə PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir. Çünki bu molekulyar təsdiqləyici üsuldur.

- Yavər bəy vətəndaşların belə müraciətləri ilə də qarşılaşırıq. Vətəndaşda COVID-19-un qeyd edilən kilinik əlamətləri var amma PZR yaxma cavabı neqativ gəlir. Bəs bunu nece izah etmək olar?

- Analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar vardır. Ümumiyyətlə dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70 faiz kimi qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar. ÜST-nin də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə ilk öncə əsnəkdən daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır. Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaqdır. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər.

- Bəs PZR testlərində davamlı çıxan pozitiv nəticələr nə ilə bağlıdır?

- PZR testi virusun DNT və RNT-ni axtardığına görə xəstə sağaldıqdan sonra virus ölsə belə bəzən hissləri yuxarı tənəffüs yollarında qala bilər. Belə hallarda müayinə mütləq təkrarlanmalıdır.

- Hazırda insanları daha çox narahat edən bir məsələ də odur ki, virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanlar var. Bu səbəbdən onlar immunitet sertifikatı əldə edə bilmirlər. Daha çox verilən suallardan biri də odur ki, vaksinasiya üçün seraloji müayinə şərtdirmi və bədəndə olan anticisimlərin varlığı peyvəndlənmə zamanı hər hansı bir problem yarada bilərmi?

- Orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur. Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticismlər az miqdarda qalması vaksinasiyaya nə əks göstərici deyildir və hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi xəbərsiz və ya ev şəraitində yüngül keçirdən insanlarda ciddi anticismlərin yaranmasıda müşahidə olunmur. Bu səbəbdən seraloji müayinənin pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstək olacaqdır.

- Bəzən vətəndaşlar qan ümümi analizi vasitəsi ilə virusun aşkarlanacağını düşünürlər. Bu haqqda qısa tövsiyə edə bilərsinizmi?

- Qanın ümümi analizi adı ilə çaşqınlıq sala bilər. Ümumi qan analizi əsasən qanımızda hüceyrələrinin miqdarını və vəziyyətini göstərir. Qan hüceyrələri hansılardır: eritrositlər, leykositlər, trombositlər. Trombosit əslində hüceyrə qalığı kimi hesab olunur. Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir.

Məqalədə : Yavər Hacısoy 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
301

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
335

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
352

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
273
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 09:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru