Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
12:36
Xırdalanda 4 uşaq acınacaqlı vəziyyətdə yaşayır - Video

Sosial şəbəkədə Xırdalan şəhərinin “Bombey” adlandırılan məhəlləsində 4 uşağın çox pis şəraitdə, paltarsız yaşamaları ilə bağlı görüntülər yayılıb. 

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib. Onun bildirdiyinə görə, uşaqların ən böyüyünün 6, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların anaları isə narkotik aludəçisidir və yaxın vaxtlarda 5-ci övladını dünyaya gətirəcək. 

Paylaşımdan görünür ki, uşaqlar paltarsız halda küçədə oynayırlar. Videoda eyni zamanda uşaqların evi olduğu deyilən darısqal otaq da görüntülənib. Sözügedən yerin yaşamaq üçün heç bir şəraiti yoxdur. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılovla əlaqə saxladıq. İcra rəsmisi bildirdi ki, həmin azyaşlıların vəziyyətindən təzəlikcə xəbər tutublar və yaxın saatlarda onların olduğu yerə baxış keçiriləcək:

““Bombey” deyilən ərazi haradırsa, o ünvanı biz bilmirik. Artıq K. Ağazadə ilə danışılıb, bir neçə saatdan sonra Kəmalə xanım, İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçiriləcək. Əgər həmin uşaqları uşaq evinə yerləşdirməsinə ehtiyac olarsa, onlara hər cür köməklik olunacaq”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
750

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
882

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 04:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru