Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
11:22
HƏMAS lideri Ayətullah Xameneiyə növbəti məktub yazdı

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə İranın Ali Lideri Ayətullah Seyyid Əli Xameneiyə növbəti məktub yazıb. 

Bu barədə Mehr agentliyi məlumat yayıb. 

Həniyyə yeni məktubunda İsrailin Qüds, Şeyx Cərrah məhəlləsi, Əqsa məscidi, Qəzzaya qarşı və eləcədə 1948-ci ildə işğal edilmiş ərazilərdə törətdiyi cinayətlərindən danışdı.

HƏMAS lideri məktubunda müxtəlif rəsmilərlə geniş əlaqə qurduğunu və işğalçı düşmənin Fələstin xalqına və müqəddəs yerlərə qarşı təcavüzünü şiddətli şəkildə artması fonunda onlardan İsrailin cinayətlərinin artırmasının qarşısını almalarını xahiş etdiyini və bu cinayətlərin Fələstin xalqı və müqavimət tərəfindən cavabsız qalmayacağını vurğulayıb.

Həmçinin Həniyyə İsrailin gecə-gündüz Qəzza xalqına qarşı beynəlxalq səviiyyədə qadağan edilmiş ölümcül silahlardan istifadə etdiyini bir daha xatırlatdı

Sonda HƏMAS lideri İslam, ərəb dünyasından və azadsevər insanlardan İsrailin Fələstinə, Qüds sakinləri və müqəddəs yerlərinə qarşı təcavüzünü dayandırması istiqamətində bütün güclərini səfərbər etmələrini çağırıb. 

Qeyd edək ki, İsmail Həniyyə ötən həftə də Ayətullah Xameneiyə məktub ünvanlamışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
745

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
877

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 03:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru