Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2021
15:17
Smartfonların işləmə müddətini artıran yeni texnologiya təqdim edilib

Yapon alimləri akkumulyatorların işləmə müddətini artıran material ixtira ediblər. Bu isə öz növbəsində daima şarj tələb edən smartfon və başqa cihazların işləmə müddətini artırmağa imkan verəcək.

Yaponiyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun (JAIST) tədqiqatçıları yeni ixtiranın müəllifidirlər. Mütəxəssislərin sözlərinə görə, yeni material sayəsində akkumulyatorlar daha gec sıradan çıxır və 5 il istifadədən sonra öz həcminin 95%-ni saxlayır. “Bis-imino-acenaphthenequinone-Paraphenylene” (BP) adlandırılmış yeni material artıq yaxın vaxtlarda ənənəvi qrafitdən hazırlanan anodu əvəz edə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, müasir akkumulyatorlar il ərzində öz həcminin 10%-dək itirirlər, buna görə üç il sonra əvvəlki həcminin 70%-dən az hissəsini saxlayırlar ki, bu da bir çox istifadəçilərin yeni texnikaya keçməsinə səbəb olur. Bu problem elektrik avtomobilləri üçün daha aktualdır. Yeni texnologiya batareyaların işləmə müddətini artıracaq ki, bu da həm istehsalçılara, həm də alıcılara fayda gətirəcək.martfonların işləmə müddətini artıran yeni texnologiya təqdim edilib

Yapon alimləri akkumulyatorların işləmə müddətini artıran material ixtira ediblər. Bu isə öz növbəsində daima şarj tələb edən smartfon və başqa cihazların işləmə müddətini artırmağa imkan verəcək.

Məqalədə : Smartfonlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
455

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
357
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru