Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2021
12:37
`Dünya birliyi dinc insanların ölümünə susduqca zülm uzanır`

Mütəllim Rəhimli: "Qüdsdə baş verənlər İsrail-Fələstin münasibətlərinə dünyanın ədalətsiz yanaşmasının nəticəsidir

“Qəbul etməliyik ki, müsəlman ölkələri tamamilə müstəqil deyil, ABŞ və Qərb bu hadisələri qınamadıqca müsəlman ölkələri də susacaqlar”

İşğalın davam etdiyi Fələstin torpaqlarında İsrail rejimi terror şiddətini yenidən artırıb. Xəbər verildiyi kimi, yəhudi polisləri ilk qiblәmiz olan əl-Әqsa mәscidinə giriblər və namaz qılan müsəlmanları yaralayıblar. Daha sonra işğalçılar evlərini tərk etmək istəmətyən fələstinlilərin üzərinə zirehli avtomobillərini sürərək onları əziblər. 

Bununla kifayətlənməyən İsrail Qəzzada da terror əsdirir. Bölgəyə davamlı hava hücumları zamanı uşaqlar da daxil olmaqla onlarla fələstinli həyatını itirib. Fələstin müqaviməti İsrailin hücumlarına səssizliyini pozaraq, sionist rejiminə “raket yağışı” ilə qarşılıq verir. 

Fələstində qan donduran hadisələrlə eyni vaxtda, İsrail baş naziri Benyamin Netanyahunun çıxışlarıı da rezonans doğurur. Netanyahu “Qüdsü inşa etmək hüququmuz var... Ən yaxın dostlarımıza Qüdsün İsrailin paytaxtı olduğunu söyləmək istəyirəm”, - deyə bəyan edib. 

Qüds ətrafında yeni kritik hadisələr nə vəd edir? Nə üçün dünya İsrail terroruna səssiz qalıb?  İslam ümməti necə, İsraillə mübarizədə öhdəsinə düşən vəzifələrini yerinə yetirə bilirmi? 

“Qüdsdə baş verənlər İsrail-Fələstin münasibətlərinə dünyanın ədalətsiz yanaşmasının nəticəsində ortaya çıxıb”. Bu fikirləri Faktxəbər-in suallarını cavablandıran Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli səsləndirdi: “1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi. Lakin İsrail ona verilmiş ərazilərlə kifayətlənməyərək Fələstin torpaqlarının işğalına davam etdi. BMT Təhlükəsizlik Şurasının 1967-ci ildə qəbul etdiyi 242 saylı qətnamədə 3 məsələnin həyata keçirilməsı İsraildən birmənalı şəkildə tələb olunurdu: 1.İsrail qoşunlarının işğal olunmuş Fələstin ərazilərindən qeyd-şərtsiz çıxması; 2.Fələstin sərhədlərinin İsrail tərəfindən tanınması; 3.Fələstin qaçqınlarının öz yurd-yuvalarına qayıtmaları. İsrail qətnamənin tələblərinə nəinki riayət etmədi, əvvəlki siyasətinə davam edərək, yeni-yeni əraziləri də zəbt etdi. Maraqlı hal odur ki, göstərilən münaqişə ilə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənəddə təcavüzkar konkret olaraq göstərilsə də, təcavüzkar tərəfindən qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar tətbiq olunmamışdır. 2017-ci ildə ABŞ prezidenti Tramp tamamilə haqsız olaraq, beynəlxalq hüququn prinsiplərinin əleyhinə Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bu isə problemin həllinə deyil, daha da mürəkkəbləşməsinə rəvac verdi. İndi İsrail davamlı olaraq ərazisini genişləndirməklə yanaşı, daxili problemlərinin həllində də münaqişəni alovlandırır. Bununla da Fələstindən təhlükənin mövcudluğu təhdidi ilə iqtidarlar ölkədaxili siyasi vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Nəzərə alsaq ki, baş nazir Netanyahu növbədən kənar parlament seçkilərindən sonra hökuməti qura bilmədi və bu səlahiyyətlər alınaraq parlamentdə 2-ci yeri tutan partiyaya verilib. Onda İsrailin daxilində baş verən bu siyasi proseslərin, xüsusilə, Netanyahunun hakimiyyəti təhvil vermək istəməməsinin bu gərginliyə yol açdığını da ehtimal etmək olar”. 

-ABŞ, Qərb hökumətlərinin bu cinayətlərə qarşı mövqe sərgiləməməsi məlum məsələdir. Bəs, müsəlman ölkələri, İslam ümməti İsraillə mübarizədə öhdələrinə düşən vəzifələri yerinə yetirə bilirlərmi? 

-İndi dünyada baş verən problemlərə münasibət, çox təəssüf ki, əksər hallarda beynəlxalq hüququn prinsiplərinə görə deyil, şəxsi münasibətlərə əsasən ortaya qoyulur. Bu isə dünyamızı daha çox ədalətsiz hərəkətlərlə, işğallarla, insanların qətlə yetirilməsi ilə təhdid edir.

Qarbağın azad edilməsində Fələstin haqsız yerə Ermənistanı müdafiə etdi. İsrail isə qonşu ölkənin torpaqlarını zəbt etməsinə baxmayaraq Azərbaycana dəstək verdi. İndi də Azərbaycan tərəfi bu münasibətləri nəzərə alaraq ən azından rəsmi şəkildə susmağa önəm verir. Digər müsəlman ölkələrinin də hər birinin susması üçün ən azı bir “səbəb”i var. Qəbul etməliyik ki, müsəlman ölkələri tamamilə müstəqil deyil, Qərbin və yaxud ABŞ-ın diqtəsi ilə hərəkət edirlər. Belə olan halda biz hazırda müsəlman ölkələrinin mövqelərini ABŞ və Qərb dövlətlərinin münasibətinin proyeksiyası kimi qəbul edə bilərik. ABŞ və Qərb bu hadisələri qınamadıqca müsəlman ölkələri də susacaqlar.

-Ümumiyyətlə, İsrailin 70 illik zülmünün bitməsi gözləniləndirmi? 

- Zalımın zülmü varsa, məzlumun da Allahı var. Təbii ki, bu haqsız ilhaq daimi olaraq davam edə bilməz. Təəssüf doğuran odur ki, dünya birliyi dinc insanların ölmünə, müsəlmanların hissiyyatlarının təhqir edilməsinə susur. Bu da zülmün uzanmasına səbəb olur. Müsəlman dünyası isə birləşə bilmir. Əgər onlar həmrəylik nümayiş etdirə bilsələr, İsrail işğal etdiyi əraziləri tərk edərək öz sərhədləri daxilinə çəkilər. Digər tərəfdən, fələstinlilər də problemin həllinə yeni yanaşma sərgiləməlidirlər. Çünki onların seçdiyi taktikanın ötən müddət ərzində məsələnin həllinə yardım etmədiyi göründü. Həm də nəzərə almalıdırlar ki, haqları uğrunda mübarizədə ön cərgədə yalnız özləri yer almalıdırlar, kimsə onların əvəzindən iş görməyəcək. Bununla belə Qüds uğrunda hər bir müsəlman səsini duyurmalıdır.

Məqalədə : Mütəllim Rəhimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
586

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
578

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
578

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
537

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
608

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
618
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 08:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru