Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2021
12:18
Sabah temperatur 28 dərəcəyə çatacaq

Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,

Əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14 isti, gündüz 20-25 isti, Bakıda gecə 12-14 isti, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 isti, gündüz 23-28 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
285

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
302

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
394
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 09:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru