Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2021
11:45
AİP Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

AİP  mübarək Ramazan ayının sona yetişməsi - Fitr bayramı münasibətilə xaiqımızı təbrik etdi. Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrikdə deyilir:

“Əziz həmvətənlərimiz, qardaş və bacılar! Sizi on bir ayın sultanı mübarək Ramaz ayının sona yetişməsi- Fitr bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Allahın bu rəhmət və məxfirət ayında ibadətlərinizin, tutduğunuz orucun, etdiyiniz duaların, Yaradan qarşısında hər növ itaətlərinizin qəbul olunmasını, günahlarınızın bağışlanmasını arzulayırıq. Allahdan  evlərinizə, ailələrinizə bu ayın fəzilət, bərəkət, rəhmət və mərhəmətinin nazil olmasını diləyirik.

Ramazan Allahın buyurduğu hikmət dolu bir aydır. Bu ayın əməlləri insanları və ümumən cəmiyyətləri paklığa, birliyə, bərabərliyə, fərdləri nəfslərilə mübarizəyə çağırır. Başqa sözlə, Ramazan İlahi mənəvi kamillik yolunun açarıdır. Bu ayın bütün fəzilətlərilə bəhrələnən insanlara Allahın böyük və tükənməz rəhməti nəsib olur.              Ramazan ayının ən başlıca ilahi dəyəri bu ayda müqəddəs Qurani-Kərimin yer üzünə nazil olmasıdır. Məhz bu ayın Qədr gecələrinin birində insanlığa ən doğru yolu göstərən, bu yolu xilqətə açıq dəlilləri ilə aydınlaşdıran, haqqı batildən ayıran Qurani-Kərim lövhi-məfhuzdan tam şəkildə nazil olub. İlahi ziyafət ayı Ramazan həm də müsəlmanların vəhdət ayıdır. Bu ayda İslamın əzəməti daha da güclənir, insanların öz fitrətinə qayıdışı baş verir. Bu yüksək dəyərli əlamətlər qarşısında müsəlman torpaqlarına göz dikən, onlara zülm edən qəsbkar düşmənlər çox zəifdirlər. Qüdsün, Fələstin torpaqlarının, İraq, Suriya,Əfqanıstan, Kəşmir, Yəmən, Bəhreyn torpaqlarının azadlığı, xalqlarının istiqlaliyyəti  məhz  Ramazan ayının bizə təlqin etdiyi  vəhdətdən, birlikdən keçir, bizi böyük qələbələrə yaxınlaşdırır.

Ramazan mərhəmət ayıdır. Fitr gecəsi hər kəs yoxsul, ehtiyac içərisində olan bəndələri düşünərək onlara əl uzatmağa çalışır. Ona görə də yer üzünün bütün müsəlmanları mübarək Ramazan ayının sonunu, Fitr gününü səbirsizliklə gözləyir, bu bayramı sevinclə qeyd edirlər.

Amma onu da qeyd etməliyik ki, dünyanın hegemon qüvvələri xain niyyətlərilə müsəlman torpaqlarında kəndləri, şəhərləri dağıdır, insanları evsiz-eşiksiz qoyur, ailələri, valideynlərini itirmiş körpələri vətənlərindən didərgin salırlar. Ədalətsiz müharibələrin qurbanları bu əziz bayramı sevinclə qeyd etməkdən məhrum olurlar. Təəssüflər olsun ki, ölkəmizdə də ədalətsizliyə məruz qalan  bir çox insanlar bu mübarək günləri cəmiyyətdən təcrid olunmuş şəkildə- məhbəsdə qarşılayır,  baş verən haqsızlıq ucbatından bir çox  ailələr bayramı niskil içərisində keçirir.  İslamın müqəddəs dəyərlərinin daşıyıcıları olan ruhanilərin  terrorçulardan fərqləndirilməyərək azadlıqdan məhrum edilməsi İslam düşmənlərini sevindirir.  Arzu edək ki, günahsız yerə həbs olunmuş siyasi, vicdan, İslam  məhbuslarının haqqı tezliklə bərpa olunsun, ailələrinə qovuşsunlar. 

Bu günlərdə işğalçı sionist İsrail rejiminin qaniçən rəhbərləri, insan cəlladları kimi dünyada tanınan zalım xislətli qəsbkar əsgərləri qədim Fələstin torpağı müqəddəs Qüdsdə yenidən məzlum Fələstin xalqını günahsız insanları qətliam etməkdən çəkinməmişdir. Cinayətkar İsrail ordusunun dinc fələstinlilərə qarşı tətəbiq etdikləri basqın nəticəsində 150 dən çox sakin ağır yaralanmış, ölənlər olmuşdur. Zülmün ərşə çəkildiyi bir mənzərə qarşısında susmaq müsəlmanlar üçün çox ağır nəticələr vəd edir. Zalıma və zülmə etiraz hər birimizin qarşısında duran vacib vəzifələrdən biridir. Törədilən bəşəri cinayət qarşısında eyni zamanda bütün yəhudi xalqının cavabdehliyi yaranır. Onlar sionist rəhbərlərinə qarşı etirazla çıxış etməlidirlər.Əminik ki, Uca Yaradan törədilən bu qanlı cinayətləri, dözülməz zülmü cavabsız qoymayacaq, zalımları cəzalarına çatdıracaq.

Bir daha bərəkətli və mübarək  Ramazan bayramı münasibətilə xalqımızı  təbrik edir, tutulan orucların, ibadət və itaətlərin qəbul olunmasını Uca Allahdan  diləyirik.”

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
435

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
342
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru