Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2021
14:04
Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib

Azərbaycan Fransanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş müharibə cinayətlərinə və həmçinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərə dair həqiqətlərin bərpa olunmasına yardımçı olmağa çağırır.

Bu barədə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin mətbuat üçün açıqlamasında bildirirlir.

Açıqlamada həmçinin Azərbaycan Fransanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyini araşdırmaq üçün Ermənistana kömək göstərməyə dəvət edir.

Sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanması məsələsinə də toxunulur və bunun iki ölkə arasında sülhün bərpa olunması və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmaları üçün əngəl olduğu vurğulanır. Fransa tərəfi minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etməyə dəvət edilir.

Açıqlamada Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan ordusu tərəfindən 1993-cü ilin aprel ayında törədilmiş cinayətlər və bunun nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşlarının sayı haqqında ətraflı məlumat verilir və bu cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi göstərilir. Bu məsələdə də Azərbaycanın Fransanın yaxından iştirakına ümid bəslədiyi bildirilir.(Report)

Məqalədə : Azərbaycan Fransa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
420

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru