Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2021
10:25
Hava nə vaxt düzələcək? - AÇIQLAMA

“Ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində gecə saatlarından hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunub”.

Oxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  bildirib.

Onun sözlərinə görə, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib:

“Bu proses gecə ərzində respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunub”.

Xidmət rəisi qeyd edib ki, bu gün saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir:

“Artıq gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Bu gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimal olunur. Gecəyə doğru külək mülayimləşəcək”.

O, əlavə edib ki, mayın 11-dən 14-dək ölkə ərazisində xoş hava şəraiti müşahidə olunacaq: 

“Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu get-getdə  yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27 dərəcə, respublikanın Aran rayonlarında isə 30 dərəcəyədək yüksələcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
720

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
871

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 01:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru