Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2021
12:32
Əl-Husi Qüds günü ilə bağlı dünya müsəlmanlarına cağırış etdi

Husilərin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Beynəlxalq Qüds günü ilə bağlı çıxışında Fələstin xalqına kömək məqsədilə ABŞ və İsrail mallarına qarşı sanksiya tətbiq edilməsini təklif etdi.

Bu barədə əl-Masirə telekanalı xəbər verib. 

Onun sözlərinə görə, ABŞ və İsrail mallarını boykot etmək təsirli bir silahdır və hər aqil insan bunu etməlidir.

Həmçinin Əl-Husi onu da vurğulayıb ki, mübarək Ramazan ayının son cümə günü Beynəlxalq Qüds gününün keçirilməsi Qüdsün bütün müsəlmanların məsuliyyəti və fikri vəzifələrindən biri olduğunu göstərir.

"Sionistlər ciddi şəkildə İslam xalqının hərbi güc qazanmasına mane olmağa çalışırlar və bunu İrana, Yəmənə, Livan Hizbullahına və Fələstinli mücahidlərə qarşı qəzəblərində görürük", - Ənsarullah hərəkatının lideri qeyd edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
320

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
710

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 14:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru