Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2021
10:35
Sanksiyalara baxmayaraq İranın ixracı 35 mlrd. dollar təşkil edib

21 mart 2020-ci il – 21 mart 2021-ci il tarixləri aralığında İranın məhsul ixracının həcmi (neft istisna) 34,9 mlrd. ABŞ dolları təşkil edib.

Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Gömrük İdarəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi İRNA-ya bildirib.

Onun sözlərinə görə, il ərzində İran dünyanın 143 ölkəsinə 34,998 mlrd. dollar dəyərində məhsul ixrac edib. Hesabat dövründə İran 123 ölkədən 38,892 mlrd. dollar dəyərində məhsul idxal edib.

Hesabat ilində İran mallarının lider idxalçı ölkələrin ilk beşliyinə Çin (9,77 mlrd. dollar), İraq (7,448 mlrd. dollar), Birləşmiş Ərəb Əmirlikləri (4,661 mlrd. dollar), Türkiyə (2,536 mlrd. dollar) və Əfqanıstan (2,308 mlrd. dollar) daxil olub.

Qeyd edək ki, ixracın təxminən 50%-i neft-kimya məhsulları, 20%-i dağ-mədən məhsulları, 18%-i kənd təsərrüfatı və qida məhsulları, 10%-i sənaye və əl işi məhsullarıdır. İrana məhsul ixracı üzrə lider ölkələrin ilk üçlüyünə Çin (9,843 mlrd. dollar), Birləşmiş Ərəb Əmirlikləri (9,757 mlrd. dollar) və Türkiyə (4,400 mlrd dollar) daxil olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
547

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
433

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
451

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
707

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 05:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru