Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2021
14:05
Külək elektrik stansiyasının tikintisi üçün imzalanmış müqavilə təsdiqləndi

Prezident İlham Əliyev "Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Hökuməti adından energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

Nazirlər Kabinetinə bu sərəncamda göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
87

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
160

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
485

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
393
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 13:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru