Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2021
12:34
Azərbaycanın növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib

“OPEC plus” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barrel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barrel və iyulda 620 min barel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barel, iyulda isə 10 min barel artırılacaq.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, hasilatın tədricən artırılması və ixtisarların yumşaldılması bazardakı vəziyyətə adekvatdır və tənzimləmə prosesinə öz töhfəsini verəcək: “Son vaxtlar qlobal neft bazarının balanslaşmaya meyillənməsi, kommersiya neft ehtiyatlarının azalması və neftin münasib qiymət dəhlizinin nisbətən sabitləşməsi müşahidə edilir. Bu aspektdə, üç aylıq qrafik üzrə hasilat planlarımızın icrasına başlanması üçün vəziyyət münasibdir. Neft bazarında müsbət tendensiyalarla yanaşı, eyni zamanda, risklərin hələ də qalması hasilat artımının nəzərdə tutulan həcmlər çərçivəsində olmasını, kvotaların aşılmamasını və kompensasiyaların yerinə yetirilməsini zəruri edir. Hesab edirəm ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının öhdəliklərinə sadiqliyi irəlidə də neft bazarına lazımi dəstəyi təmin edəcək”.

Xatırladaq ki, 2021-ci ilin 1 aprel tarixində “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,55 mln barrel, iyunda, 6,2 mln barel, iyulda isə 5,76 mln barel həcmində olmasına dair üç aylıq plan qəbul edilib.

Məqalədə : hasilat öhdəlikləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
151

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
196

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
291

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
281

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
493

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
526

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
759

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
580

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
627
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 19:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru