Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2021
12:53
BNA: Avtobus zolaqları bütün paytaxtı əhatə edəcək

Bakıda yaradılan avtobus zolaqları bütün paytaxtı əhatə edəcək.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli bildirib.

"Avtobus zolaqları Bakının Baş Planında yer alıb. Təklif edilən 24 küçədə xüsusi zolaqların salınması 600 minə yaxın sərnişinə xidmət edəcək", - deyə o, qeyd edib.

Xatırladaq ki, BNA-nın təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası 10 küçə və prospektdə avtobus zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.

"Xüsusi zolaqlar olduğu zaman müəyyən küçələrdə müəyyən sıxlıqlar olacaq, əhali buna öyrəşməlidir. Bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti yaradan bilməmişik. Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb. Onlardan 10-u təşkil edilib. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma Ziya Bünyadov prospektində itir. Avtobus təyyarə deyil. Sərnişinlərin narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə sıxlıqlar yaşanır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırır", - deyə V.Kərimli əlavə edib.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
587

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
463

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
486

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
747

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
537
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 09:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru