Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2021
12:29
Azərbaycanda məktəb müəllimi həbs edildi

Prokurorluqda istintaq edilən cinayət işinin icraatına xitam verilməsi adı ilə vətəndaşın pulunu ələ keçirən şəxsin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanan cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək sözügedən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə verilməsi adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə : Azərbaycan məktəb müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
156

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
201

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
296

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
286

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
498

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
531

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
769

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
590

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
637
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 19:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru