Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2021
14:33
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”

Almaniya Sosial-Demokrat Partiyasının Bundestaqdakı üzvü Barbara Hendriks Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qeyd edərək Qarabağda müharibədən sonrakı həll üçün yerinə yetirilməsi lazım olan şərtlərə toxunub.

Bu barədə “Vestnik Kavkaza” məlumat verib.

Barbara Hendriks qeyd edib ki, müharibənin vurduğu yaralar dərindir və barışıq yalnız bütün maraqlı tərəflərin gələcəyə ümidlə baxması nəticəsində mümkün ola bilər.

Almaniya parlamentinin üzvü əlavə edib ki, artıq bundan sonra dövlətlərin beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü heç biri tərəfdən sorğulanmamalıdır.

Xatırladaq ki, aprelin 20-də AŞPA-nın yaz sessiyasında çıxış edən Almaniya kansleri Angela Merkel dövlətlərin suverenliyini və ərazi bütövlüyünü zədələməyin Avropa dəyərlərinə zidd olduğunu söyləyərək Qarabağı nümunə göstərmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
396

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 21:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru