Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2021
11:06
5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi

Beş aydır itkin düşən Hacıqabul rayonunun Muğan qəsəbəsindən olan Vətən müharibəsi iştirakçısı Kərimli Qalası Müslüm oğlunun şəhid xəbəri gəlib. 

Bu barədə  müvafiq İcra Hakimiyyətinin qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Q. Kərimlinin şəhid olması ilə bağlı ailə üzvlərinə məlumat verilib və onlar nəşin gətirilməsi üçün sabah Füzuli rayonuna gedəcəklər:

“Qalası ailə üzvləri ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxlayıb. O vaxtdan ondan xəbər almaq mümkün olmayıb. Qalası Kərimlinin Daşaltı istiqamətində minaya düşdüyü ehtimal olunur”. 

İcra nümayəndəliyindən həmçinin deyilib ki, şəhid əsgər mərhum anasının yanında dəfn olunacaq: “Qalası anasını kiçik yaşlarında itirib. Dostları ilə danışanda onlara vəsiyyət edib ki, əgər mən ölsəm anamın yanında dəfn edin. Ona görə də, vəsiyyətinə uyğun olaraq anasının yanında dəfn olunacaq”.

Xatırladaq ki, Q. Kərimli 8 yanvar 2000-ci ildə anadan olub. Vətən müharibəsində, Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib. Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

Məqalədə : Şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
261

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
386
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 21:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru